Kloppu təhqir edən ədalət təmsilçisi hakimlikdən uzaqlaşdırılıb İdman və Biz

09.12.2024

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə Peşəkar Hakimlər Assosiasiyası (PGMOL) Devid Kutu hakimlikdən uzaqlaşdırılıb.

İdman.biz xəbər verir ki, buna səbəb ədalət təmsilçisinin "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Kloppu təhqir etməsi olub.

PGMOL-un açıqlamasında görə aparılan araşdırmalardan sonra Kutun əmək fəaliyyəti qaydalarına ciddi zərbə vurduğu bildirilib. Onun almaniyalı mütəxəssis haqqında dedikləri qəbuledilməz olduğu vurğulanıb.

Qeyd edək ki, 42 yaşlı hakim dostları ilə əylənərkən sosial şəbəkədə yaydığı videoda Kloppu axmaq adlandırmışdı.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью