Kloppun Liverpul a qayıtmasına mane olan 3 səbəb açıqlandı

30.11.2025

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Arne Slotun rəhbərliyi altında uğursuz mövsüm keçirən "Liverpul"un yenidən sabiq çalışdırıcısı Yürgen Kloppa tapşırılacağı ilə bağlı məlumatlar yayılsa da, "The Telegraph" almaniyalı mütəxəssisin "qırmızılar"ın "sükanı arxası"na qaytarılmasına mane olan əsas səbəbləri açıqlayıb.

Fanat.Az xəbər verir ki, mənbə Kloppun Maykl Edvards və Culian Uordun timsalında klub rəhbərliyi ilə yola getmədiyini vurğulayıb.

Bundan başqa, Mersisayd təmsilçisinin idarəçilərinin Slotun komandanı vəziyyətdən çıxara biləcəyinə hələ də inandıqları diqqətə çatdırılıb. 

Üçüncü səbəb kimi isə hazırda məşqçi qismində fəaliyyət göstərməyən Kloppun "Leyptsiq" klubunda beynəlxalq əlaqələr şöbəsinin direktoru olduğu xatırladılıb.

Xatırladaq ki, Klopp 2015-2024-cü illər aralığında "Liverpul"u çalışdırıb.

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью