Kloze Mahir Emrelidən narazı qalıb

05.11.2024

Icma.az, Sonxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kloze Mahir Emrelidən narazı qalıb

Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze futbolçusu, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxışı ilə bağlı fikirlərini bildirib.

"Qafqazinfo" "Sport Bild" nəşrinə istinadən xəbər verir ki, o, II Bundesliqanın XI turunda "Hamburq"a qarşı keçirilən matçda futbolçunun oyununu dəyərləndirib.

Mütəxəssis 27 yaşlı hücumçudan razı qalmadığını söyləyib: "Fikrimcə, Mahir Emreli o qədər də yaxşı oynamadı. Topla yetərincə çalışmadı və kifayət qədər çevik deyildi".

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb, "Nürnberq"in yeganə qoluna 63-cü dəqiqədə Mahir Emreli imza atıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью