Kloze Mahir Emrelini tənqid etdi: Çevik deyil

05.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxışı barədə mənfi fikirlər səsləndirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Miroslav Kloze bu barədə klubun rəsmi saytına açıqlamasında danışıb.

Müətəxəssis Mahir Emrelinin topla yetərincə çalışmadığını bildirib.

"Topla yetərincə çalışmır və kifayət qədər çevik deyil. Fikrimcə, Mahir Emreli son qarşılaşmada o qədər də yaxşı oynamadı".

Qeyd edək ki, "Hamburq"la qarşılaşma 1:1 hesabı ilə başa çatıb, "Nürnberq"in yeganə qoluna 63-cü dəqiqədə Mahir Emreli imza atıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью