Kloze Mahirdən məmnun qalmayıb

05.11.2024

Icma.az bildirir, Qol.az portalına istinadən.

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze futbolçusu, Azərbaycan millisinin üzvü Mahir Emreli haqqında növbəti dəfə danışıb.

QOL.az "Bild"ə istinadən xəbər verir ki, mütəxəssis 27 yaşlı forvardın 2-ci Bundesliqanın 11-ci turu çərçivəsində “Hamburq”la görüşdəki oyununu dəyərləndirib.

Mahir bu qarşılaşmada komandasını məğlubiyyətdən xilas edən qolu vurub. Buna baxmayaraq, Kloze Emrelinin oyunundan razı qalmadığını deyib: 

"Məncə, Mahir o qədər də yaxşı oynamadı. O, topla kifayət qədər hərəkət etmədi. Mahir lazımi səviyyədə çevik deyildi".

Qeyd edək ki, Mahir Emreli bu ilin avqust ayında "Nürnberq"ə keçib. O, komandada 7 oyuna çıxıb və 4 qol vurub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью