Kloze Mahirlə bağlı suala belə cavab verdi

02.05.2025

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze futbolçusu Mahir Emreli barədə danışıb.

QOL.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında 46 yaşlı məşqçiyə "yeni mövsümdə Danilo Soares və Mahir Emreli ilə işləmək istəyirsinizmi?" sualı ünvanlanıb.

Buna cavab olaraq alman məşqçi deyib: "Mənim bildiyimə görə, yalnız Emrelinin müqaviləsi başa çatır. Danilo nə qədər sakit və məntiqli biri olduğunu hər gün göstərir. Belə oyunçular komandaya lazımdır".

Qeyd edək ki, ötən ilin yayında "Nürnberq"ə keçən M.Emrelinin klubla müqaviləsi bu il iyunun 30-da başa çatır. Onun karyerasını harada davam etdirəcəyi hələ müəyyənləşməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью