Klub azarkeşlərin boykotunu dəstəklədi

21.10.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Klub azarkeşlərin boykotunu dəstəklədi

“Milan” “Udineze” ilə səfər oyununda biletlərin baha olmasına etiraz edən azarkeşlərinin boykotunu dəstəkləyib.

QOL.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qonaq azarkeşlər üçün biletlərin qiyməti 65 avro müəyyənləşdirilib. “Milan” bu məbləğin həddindən artıq yüksək olduğunu bildirərək A Seriyasını səfər oyunlarına biletlərin qiymətinə limit qoymağa çağırıb. İngiltərə Premyer Liqasında bu limit 30 funt sterlinqdir.

Klub həmçinin azarkeşləri üçün biletləri baha satan komandaların tərəfdarlarına “San-Siro”da daha yüksək qiymət tətbiq edə biləcəyini açıqlayıb. Əlavə gəlirin xeyriyyə layihələrinə yönəldilməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью