Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Klub cəmi bir dəfə matça çıxan futbolçunu göndərir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
“Liverpul” Federiko Kyeza ilə yollarını ayırmağa hazırlaşır.
QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, yeni baş məşqçi Andoni İraolanın planlarına daxil olmayan 28 yaşlı hücumçu karyerasını davam etdirmək üçün variantları dəyərləndirir. İngiltərə klubu futbolçunu 10-15 milyon funt sterlinq qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, Kyeza ötən mövsüm Premyer Liqada cəmi bir dəfə əsas heyətdə meydana çıxıb. O, ümumilikdə isə “Liverpul”un heyətində 36 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.