Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək

02.06.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək

"Monako" yeni baş məşqçi namizədi Filipe Luis üçün hər oyuna görə cərimə ödəməli ola bilər.

QOL.az xəbər verir ki, "Reuters" nəşrinin məlumatına görə, 40 yaşlı braziliyalı mütəxəssisin Avropada baş məşqçilik üçün tələb olunan UEFA lisenziyası yoxdur. Luisin hazırkı məşqçilik lisenziyası yalnız Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) bayrağı altındakı ölkələrdə keçərlidir.

Məlumata görə, Almaniyanın “Bayer” klubu bu səbəbdən onun təyinatından imtina edib. "Monako" isə hər rəsmi matç üçün UEFA-ya 25 min avro cərimə ödəməyə hazırdır.

Qeyd edək ki, qaydalara əsasən, lisenziyanın UEFA səviyyəsinə keçməsi üçün məşqçinin ən azı 3 il fasiləsiz baş məşqçi işləməsi tələb olunur, Filipe Luis isə bu müddəti hələ tamamlamayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью