Klub prezidenti: “Bununla bağlı suallar eşitmək istəmirəm”

17.07.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Atletiko”nun prezidenti Enrike Sereso komandanın hücumçusu Yulian Alvaresin taleyi ilə bağlı açıqlama verib.

Futbolpress.az xəbər verir ki, funksioner insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bunları deyib:

“Alvares bizim oyunçumuzdur və yeni mövsümdə də “Atletiko”da qalacaq. Bununla bağlı suallar eşitmək istəmirəm. Təkrarlayıram, o, bizimlə yola davam edəcək”.

Argentinalı futbolçu bir müddət əvvəl verdiyi açıqlamada klubdan ayrılmaq istədiyini demişdi. “Barselona” Alvareslə yaxından maraqlanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью