Klub prezidenti De Bröyneni heyətə qatacaqlarını təsdiqlədi

27.05.2025

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

"Napoli"nin prezidenti Aurelio De Laurentis "Mançester Siti"dən ayrılacağı dəqiqləşən belçikalı yarımmüdafiəçi Kevin De Bröyneni heyətə qatacaqlarını təsdiqləyib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:

"Bilirəm ki, Kevin artıq İtaliyada villa alıb. Biz onunla səhər görüntülü danışmışıq. Hər şey rəsmiləşibmi? Hələ müqavilə imzalanmayıb, amma hər şey ciddidir".

Qeyd edək ki, cari mövsüm "şəhərlilər"in forması ilə bütün turnirlərdə 38 matça çıxan De Bröyne 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 33 yaşlı futbolçunun transfer qiymətini 27 milyon avro ilə dəyərləndirir.

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью