Klub prezidenti güllələnərək öldürüldü KONKRET

30.09.2026

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Bolqarıstanın “Botev Plovdiv” futbol klubunun prezidenti, biznesmen İliyan Filipov öldürülüb.

KONKRET.az xəbər verir ki, bu barədə Bolqarıstanın “NOVA” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə sentyabrın 30-na keçən gecə Plovdivdə baş verib. Hadisə yerinə gələn polis əməkdaşları onun öldüyünü müəyyən ediblər.

İlkin məlumata əsasən, Filipov odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью