Icma.az, Qol.az saytına istinadən bildirir.
Klub prezidenti Konte ilə təcili görüşəcək
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
"Napoli" klubunun prezidenti Aurelio De Laurentis komandanın baş məşqçisi Antonio Konte ilə təcili görüş planlaşdırıb.
QOL.az xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
Bildirilir ki, De Laurentis mütəxəssislə əvvəlcə mövsümün sonunda müzakirələr aparmağı planlaşdırsa da, bu görüşün gələn həftə baş tutmasına qərar verilib. Görüşdə həmçinin idman direktoru Covanni Manna və baş direktor Andrea Kyavelli də iştirak edəcək.
Qeyd edək ki, daha əvvəl klub rəhbərinin qərarı ilə baş məşqçinin komandanı tərk edə biləcəyi barədə xəbərlər yayılıb. İtaliyalı mütəxəssisin Neapol təmsilçisi ilə hazırkı müqaviləsi isə 2027-ci ilin yayına qədər qüvvədədir.