Klub prezidenti özünü öldürdü

25.09.2025

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə futbol klubunun keçmiş prezidenti səhvən özünə atəş açaraq, ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kocaeliyinin Kartepe qəsəbəsində baş verib.

Tanınmış iş adamı və “Sapancaspor” futbol klubunun keçmiş rəhbəri Fateh Balkaya başından vurulmuş halda tapılıb. O, ağır vəziyyətdə aparıldığı xəstəxanada bütün tədbirlərə baxmayaraq, ölüb.

İddialara görə, mərhum dostunun evində boş zənn etdiyi tapançanı götürərək, başına atəş açıb. Lakin tərslikdən silahın içərisində güllə olub və nəticədə atəş açılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью