Klub prezidentinə ağır cəza | Icma.az
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq. Fransanın “Marsel” klubunun prezidenti Pablo Lonqoriya cəzalanıb.
Futbolpress.az xəbər verir ki, funksioner Fransa Peşəkar Futbol Liqasının etika qaydalarını pozduğu və qurumun imicinə xələl gətirdiyi açıqlamalara görə 15 oyunluq diskvalifikasiya edilib.
Lonqoriya Liqa 1-də “Oser”lə oyundan sonra görüşün baş hakimi Ceremi Stinatanı korrupsiyada ittiham edib.
Funksioner bu mövsüm çempionatda komandasının heç bir oyununda olmayacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu