Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
“Krasnodar”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına açıqlamasında “Sabah”dakı fəaliyyətini xatırlayıb.
Sportal.az xəbər verir ki, rus mütəxəssis Masazır klubunun İshak Belfodilin transferinin necə reallaşmasından danışıb:
"Sabah”da işləyəndə klub rəhbərliyi “İnter”də də oynamış İshak Belfodili transfer etməyi təklif etdi. Klub prezidenti bildirdi ki, onu komandaya gətirmək istəyirlər. Belfodil də yüksək ödənişli oyunçu idi. Onlara Belfodilin yaşlı və meydanda gəzərək oynadığını bildirdim. Təklif etdilər ki, sadəcə futbolçu ilə danışıq. İshaka komandamızın oyun prinsiplərindən, əsas oyun stilimizin pressinq futbol üzərində qurulduğunu dedim. Sonra əlavə etdim ki, amma mən sənin oynadığın futbolu görmüşəm...Belfodil də cavabında bildirdi ki, “Hoffenhaym”da Naqelsmannın rəhbərliyi altında oynamışam, cinahda o qədər qaçmışam, o qədər işləmişəm ki, 32 yaşım var və hələ də 5 il oynamaq istəyirəm, gələcəm və nə desəniz edəcəm, qaçacam, pressinq edəcəm. Bilirsiz, futbolçunun dediyinı qulaq asırsan...Sonra gəlir komandaya, müqavilə imzalayır vəssalam. Futbolçular sənin eşitmək istədiyin hər şeyi deyir, amma reallıqda...Ona görə də, bir futbolçunu istəyirsənsə, onun əvvəlki klubunun baş məşqçisinə zəng edib, haqqında danışmaq lazımdır".
Xatırladaq ki, “Lion”, “Bolonya”, “Parma”, “İnter”, “Livorno”, “Baniyas”, “Standard”(Liej), “Verder”, “Hoffenhaym”, “Herta”, “Əl-Qarafa” klublarında oynamış Əlcəzair yığmasının sabiq hücumçusu 2023/2024 mövsümündə “Sabah”ın formasını geyinib. O, hazırda klubsuzdur.
saytlarin hazirlanmasi