Klub sahibi 102 yaşında vəfat edib

09.02.2025

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

NFL-in "Çikaqo Bears" klubunun sahibi Virciniya Halas Makkaski 102 yaşında vəfat edib.

İdman.biz xəbər verir ki, biznesmen xanım klubu 1983-cü ildə atası, komandanın yaradıcısı Corc Halasdan miras almışdı.

Klubu birbaşa onun oğulları Maykl Makkaski (2011-ci ilə qədər) və Corc Makkaski (bu günə qədər) idarə edirdi.

Qeyd edək ki, iki dəfə "Super Boul"a yüksələn "Çikaqo Bears" 1985-ci ilin "Lombardi Trophy"sini qazanıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью