Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Klub tarixinin ən gənc debütantı oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
“Atletiko”nun 16 yaşlı müdafiəçisi Xorxe Dominqes klub tarixində rekorda imza atıb.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, gənc futbolçu La Liqanın ilk turunda “Malaqa” ilə keçirilən oyunda əsas heyətdə meydana çıxaraq “Atletiko” tarixinin ən gənc debütantı olub.
Dominqes 16 yaş 8 ay 2 günlüyündə ilk peşəkar oyununu keçirib və 1984-cü ildən bəri Xose Luis Martinesə məxsus olan rekordu yeniləyib.
Gənc müdafiəçi ilk hissədə 24 dəfə topa toxunub və etdiyi 13 ötürmənin hamısını dəqiq yerinə yetirib. O, fasilədə Markos Lyorente ilə əvəzlənib.
Qeyd edək ki, sözügedən matçda “Atletiko” “Malaqa”nı 2:0 hesabı ilə məğlub edib.