Klubda qalmaq üçün maaşının artırılmasını tələb etdi

27.01.2026

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Klubda qalmaq üçün maaşının artırılmasını tələb etdi

“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş gələcəyi ilə bağlı qərarını verib.

QOL.az “GOAL” nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı ulduz klubda qalmağa hazırdır. Lakin o, yeni müqavilə üçün maliyyə şərtlərinin yaxşılaşdırılmasını tələb edib. Məlumata görə, yarımmüdafiəçi həftəlik maaşının 400 min funt sterlinqə çatdırılmasını istəyib.

Qeyd edək ki, cari mövsümdə komandanın əsas simalarından biri olan Fernandeş meydana çıxdığı 22 oyunda 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью