Klubdan ayrılarkən göz yaşları sel oldu VİDEO

07.01.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Beşiktaş" futbolçusu Qabriel Paulista ilə yollarını ayırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb onun valideynlərinin səhhətinin pisləşməsidir.

Belə ki, braziliyalı futbolçu ölkəsinə qayıtmaq üçün klubun icazəsi ilə Antalya təlim-məşq düşərgəsini tərk edib.

O, klubdan ayrılan zaman göz yaşlarını saxlaya bilməyib. 

Qeyd edək ki, 35 yaşlı Paulista "Villareal", "Arsenal", "Ateltiko Madrid" kimi klublarda çıxış edib. 2024-cü ildən "Beşiktaş"ın formasını geyinirdi. 
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью