Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir

18.11.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir

İngiltərə Premyer Liqasının bir neçə klubu “Real”ın hücumçusu Qonsalo Qarsiya ilə yaxından maraqlanır.

QOL.az xəbər verir ki, “Brayton” və Premyer Liqanın digər klubları “Real”ın gənc forvardı üçün transfer yarışına qoşula bilər. Bu barədə “Daily Mail” məlumat yayıb. Yayda hücumçuya “Lids” və “Sanderlend” klubları da maraq göstərmişdi. Bildirilir ki, 21 yaşlı futbolçu oyun təcrübəsini artırmaq məqsədilə icarə variantını dəyərləndirməyə hazırdır.

Qarsiya cari mövsümdə bütün turnirlər daxil olmaqla 9 matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi isə 2030-cu ilin yayınadək qüvvədədir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью