Klublararası Dünya Çempionatına dörd həftə qalmış baş məşqçi istefa verdi

21.05.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Mərakeş təmsilçisi "Vidada"nun baş məşqçisi Rulani Mokvena 2025-ci ildə ABŞ-da keçiriləcək Klublararası Dünya Çempionatının açılışına dörd həftə qalmış istefa verib.

Klubdan verilən açıqlamada rəhbərlik və 38 yaşlı cənubi afrikalı mütəxəssis "müqaviləni dərhal ləğv etmək" barədə razılığa gəldiyi bildirilib.

Qeyd edək ki, Mərakeş təmsilçisi klublararası dünya çempionatının G qrupunda iyunun 18-də "Mançester Siti" ilə qarşılaşacaq. İyunun 22-də  "Yuventus"la, iyunun 26-da isə Birləşmiş Ərəb Əmirliyin "Əl Ayn" komandası ilə üz-üzə gələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью