Klublararası dünya çempionatında inqilabi qərar: Komanda sayı 48 ə çatdırılır

20.02.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Klublararası dünya çempionatının iştirakçı sayı növbəti turnirdən etibarən 32-dən 48-ə qaldırılacaq.

İdman.Biz “The Guardian” nəşrinə istinadla xəbər verir ki, formatın dəyişdirilməsi Avropa nəhənglərinin təzyiqi ilə baş tutub. Xüsusilə təsnifat mərhələsini keçə bilməyən "Barselona" və "Mançester Yunayted" kimi klubların bu qərarda mühüm rol oynadığı bildirilir.

Qeyd edək ki, turnirin genişləndirilməsi klubların gəlirlərini artırmaq məqsədi daşıyır. Turnirin qalibi üçün nəzərdə tutulan mükafat fondu isə təxminən 50 milyon avro (100 milyon AZN) təşkil edəcək.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью