Klublarası dünya çempionatının püşkü bu tarixdə atılacaq

12.11.2024

Icma.az, Fanat portalına istinadən məlumat verir.

FİFA gələn il keçiriləcək klublararası dünya çempionatının püşkatmasının keçiriləcəyi tarixi açıqlayıb. 

Fanat.Az xəbər verir ki, tədbir dekabrın 5-də təşkil olunacaq. 

ABŞ-ın Mayami şəhərində keçiriləcək püşkatmada 32 komanda 8 qrupda yer alacaq. Final mərhələsinin oyunları gələn il iyunun 15-dən iyulun 13-nə kimi baş tutacaq.

Dünya çempionatının oyunları ABŞ-ın Nyu-Cersi, Şarlott, Sinsinnati, Los-Anceles, Mayami, Neçvill, Orlando, Filadelfiya, Sietl, Vaşinqton və Atlanta şəhərlərində keçiriləcək. 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью