Klublarımız dünya reytinqində geriləyib

10.11.2024

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Klubların dünya reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, İFFHS-in siyahısında planetin 507 ən yaxşı komandası yer alıb.

Ölkəmiz cədvəldə üç klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz "Qarabağ" 167,25 xalla dünyada 72-cidır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 12 pillə geriləyib.

18 rəqibini özündən irəli buraxan "Zirə" 94,25 xalla 219-cu yerdədir. 59,50 xala malik "Sabah" da geriləyib. 12 pillə aşağı düşən Bakı təmsilçisi 423-cüdür.

Qeyd edək ki, cədvələ 414 xala malik "Real" başçılıq edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью