Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya millisinin keçmiş yarımmüdafiəçisi Aleksandr Mostovoy yerli klubların səviyyəsini "Qarabağ"la müqayisə edib.
Sportal.az “Sovetski sport”a danışan veteran futbolçu Rusiya klublarının Azərbaycan çempionundan güclü olduğunu söyləyib:
"Hazırkı format və 15 əcnəbi oyunçu ilə "Zenit" mütləq Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanardı. ÇSKA da Avropa pley-off mərhələsinə vəsiqə əldə edərdi. Klublarımız "Kayrat" və "Qarabağ"dan daha güclüdür. Amma təbii ki, inkişaf üçün daha da çox işləmək hər zaman lazımdır".
57 yaşlı sabiq futbolçu "Spartak"(Moskva), "Benfika", "Kan", "Strasburq", "Selta" və "Alaves" klublarında oynayıb.
Xatırladaq ki, FIFA və UEFA-nın qadağaları səbəbindən Rusiya klubları və milli komandaları beynəlxalq yarışlarda iştirak edə bilmirlər.
saytlarin hazirlanmasi