Klubların dünya reytinq siyahısı təqdim edilib Qarabağ beş pillə irəliləyib

10.12.2024

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Klubların dünya reytinq siyahısı təqdim edilib, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) siyahısında planetin 504 ən yaxşı komandası yer alıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan cədvəldə dörd klubla təmsil olunub. Təmsilçimiz "Qarabağ" 177.50 xalla dünyada 67-cidır. Qurban Qurbanovun komandası ötən ayla müqayisədə 5 pillə irəliləyib.

"Zirə" 94.25 xalla 219-cu yerdədir. Bakı klubunun mövqeyi dəyişməz qalıb.

62.50 xala malik "Sabah" 9 pillə irəliləyib. Paytaxt təmsilçisi 409-cudur.

Ən yaxşılar sırasına yeni daxil olan "Turan Tovuz" 53.75 xalla 496-cıdır. Kurban Berdıyevin komandası 31 addımlıq sıçrayışa imza atıb.

Qeyd edək ki, cədvələ 388 xala malik "Real Madrid" başçılıq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью