Klubu azad agent statusunda tərk edirlər

18.11.2024

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İnter"in iki futbolçusu klubu azad agent statusunda tərk edəcəklər. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Bunlar Marko Arnautoviç və Xoakin Korreadır. Hər ikisinin müqaviləsi 2025-ci ilin iyun ayında bitəcək. Milan təmsilçisi futbolçularla yeni müqavilə imzalamağı planlaşdırmır. 

Qeyd edək ki, Marko Arnautoviç bu mövsüm "İnter"in heyətində 6 oyuna çıxaraq 1 qol vurub. Xoakin Korrea isə 3 matçda iştirak edib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью