Icma.az, Footbal-plus saytına istinadən bildirir. Usman Dembelenin hazırkı klubunda nə vaxta qədər çıxış edəcəyi sual doğurur.
O, klubuna ciddi tələb irəli sürüb."Football-plus.az" xəbər verir ki, “Qızıl top”un sonuncu sahibi olan Usman PSJ ilə yeni müqavilə imzalamaya bilər.
Paris klubu fransalı hücumçuya ilə 30 milyon avro maaşı nəzərdə tutan yeni sözləşmə təklif edib.
Lakin futbolçunun nümayəndəsi bu məbləğdən narazıdı və ikiqat artıq maaş tələb edir.
Buna səbəb kimi Dembeleinin 2025-ci ildə qazandığı fərdi mükafatlar göstərilir.
Məlumata görə, PSJ maaş strukturunu ciddi şəkildə qorumağı planlaşdırır.
Klub rəhbərliyi ulduz futbolçular arasında balansın pozulmasını istəmir və bu səbəbdən məlum tələblə razılaşmaq fikrində deyil.Dembeleinin PSJ ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 100 milyon avro qiymətləndirir.