Klubu ilə yenidən anlaşdı

16.10.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cordan Pikford “Everton”da qalmaq qərarına gəlib.

"Football-plus.az" xəbər verir ki, ingilis futbolçu klubla uzunmüddətli müqavilə imzalamaq üçün razılıq əldə edib. Razılaşmanın yaxın günlərdə rəsmi şəkildə elan olunacağı gözlənilir. 2017-ci ildən “Everton”un formasını geyən 31 yaşlı qapıçı bu mövsüm premyer-liqada 7 oyunda meydana çıxıb və eyni sayda qol buraxıb.
Xatırladaq ki, Pikford indiyədək bütün turnirlərdə 326 matçda “Everton”un qapısını qoruyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью