Klubu ilə yenidən anlaşdı

12.01.2026

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Fikayo Tomori klubundan aldığı yeni təklifi qəbul edib.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı futbolçu “Milan” ilə yeni müqavilə imzalayıb. Nikolo Skiranın məlumatında tərəflər arasındakı müqavilənin uzunmüddətli olduğu bildirilib. “Milan”ın yaxında bu haqda rəsmi açıqlama yayacağı gözlənilir.
Fikayo “Milan”da 2021-ci ildən oynayır. O, cari mövsümdə bütün turnirlərdə 19 matç keçirib və 3 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью