Klubu ilə yenidən anlaşdı | Icma.az
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir. Pablo Barrios “Atletiko”da uzun müddət oynayacaq.
O, klubu ilə yenidən anlaşıb. “Relevo”nun yaydığı məlumata görə, İspaniya klubu 21 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə edib.
Onunla imzalanacaq yeni sözləşmənin müddəti 2030-cü ilin yayına qədər olacaq.Pablonun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdi.
Gənc futbolçu bu mövsüm “Atletiko”nun heyətində 38 oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu