Klubu ilə yenidən anlaşmaq istəyir

21.11.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Robert Levandovski karyerasını “Barselona”da davam etdirməkdə qərarlıdı.
O, klubu ilə yenidən anlaşmaq istəyir. Polşalı hücumçu komandada daha iki il oynamağı arzulayır. Robertin müqaviləsinin müddəti 2025-ci ilin yayında sona çatacaq. Qeyd edək ki, o, bu mövsüm oyunların 50 faizində iştirak edəcəyi halda anlaşmanın müddəti birilliyə artırılacaq.
Levandovski bu mövsüm İspaniya çempionatında meydana çıxdığı 13 matçda 14 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью