Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fermin Lopes böyük ehtimalla “Barselona”da daha uzun müddət top qovacaq.
"Football-plus.az" xəbər verir ki, klub rəhbərliyi ona yeni təklif irəli sürmək qərarına gəlib.
“Sport” qəzetinin yaydığı məlumata görə, yeni müqavilənin müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulacaq.
22 yaşlı Ferminin digər klublardan təkliflər ala biləcəyi klubunu narahat edir. Amma gənc yarımmüdafiəçinin karyerasını yetirməsi olduğu “Barselona”da davam etdirmək arzusunda olduğu da bildirilir. Lopesin hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi