Klubu onunla müqaviləni yeniləyəcək

30.12.2025

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

“Tottenhem” Mikki van de Venin maaşını artırmağa hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, London klubu 24 yaşlı niderlandlını komandada saxlamaq üçün ciddi addımlar atır.
Futbolçu premyer-liqada 18 oyunun 17-də start heyətində meydana çıxıb və 3 qol vurub. Bildirilir ki, onun bu performansı “Real” və “Bavariya”nın diqqətini çəksə də, London təmsilçisi oyunçunu satmaq niyyətində deyil. Əksinə, klub rəhbərliyi onu gələcəyin kapitanı kimi nəzərdən keçirir.
İcraçı direktor Vinay Venkatesham artıq futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıb. Yeni müqaviləyə əsasən, futbolçunun həftəlik 90 min funt sterlinq olan hazırkı məvacibi ikiqat artırılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью