Klubu onunla müqaviləni yeniləyəcək

15.03.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nəhayət, Ferran Torresin məsələsinə aydınlıq gəlib.
“Barselona” rəhbərliyi hücumçunun gələcəyi ilə bağlı qərarını verib. “Marca” qəzetinin məlumatına görə, İspaniya klubu 25 yaşlı futbolçu ilə müqaviləni yeniləyəcək. Torres baş məşqçi Hans-Diter Flik üçün vacib oyunçu sayılır. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi.
Ferran bu mövsüm “Barselona”nın heyətində 31 oyun keçirib, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью