Klubun 3 futbolçusuna zorlama ittihamı irəli sürüldü 8 ildən 20 ilədək həbs gözləyir

23.01.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Alianza Lima" klubunun futbolçuları Karlos Sambrano, Migel Trauko və Serxio Penyaya qarşı zorlanma ittihamı irəli sürülüb.

Sportal.az xəbər verir ki, 22 yaşlı qız idmançıların onun barəsində cinsi zorakılıq törətdiyini bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib. Onun sözlərinə görə, hadisə Peru komandasının futbolçularının qaldığı Montevideodakı Hyatt Centric otelində baş verib.

Qız bildirib ki, 36 yaşlı Sambrano onu axşam yeməyindən sonra otağına dəvət edib, o da rəfiqəsi ilə birlikdə ora gedib. Həmin otaqda Sambrano və daha iki futbolçu ona qarşı zorakılıq xarakterli, nüfuzetmə ilə müşayiət olunan hərəkətlər ediblər.

Ehtimal olunan zərərçəkən şok vəziyyətində olduğu üçün Uruqvayda dərhal şikayət etmədiyini, yalnız Buenos-Ayresə qayıtdıqdan sonra müraciət etdiyini deyib. Argentinada tibbi müayinədən keçib və sübut kimi geyimlərini məhkəməyə təqdim edib. Ekspertlər geyimlərdə futbolçulara məxsus DNT izlərini araşdıracaqlar. Şübhəlilərin günahı sübuta yetirilərsə, onları 8 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Klub açıqlamasında futbolçuların qeyri-müəyyən müddətə komandadan kənarlaşdırıldığını və istintaqla əməkdaşlığa hazır olduqlarını bildirib.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью