Klubuna 40 yaşında da gərək oldu

21.07.2025

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Santi Kasorla “Ovyedo”da daha bir müddət top qovacaq. İspaniya klubu komandanın kapitanı ilə müqaviləni yeniləyib.
"Football-plus.az" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 40 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddəti 2026-cı ilin yayına kimi artırılıb. Qeyd edək ki, “Ovyedo” 24 illik fasilədən sonra yüksək liqada mübarizə aparacaq.
Kasorla məhz bu klubun yetirməsidi. O, əvvəllər “Vilyarreal”, “Malaqa”, “Arsenal” və “Əl-Sədd”də də çıxış edib. İspaniya yığmasının sabiq oyunçusu doğma klubuna 2023-cü ildə qayıdıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью