Klubuna sadiq qaldı

19.07.2026

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Carrod Bouen klubuna sadiqlik nümayiş etdirib.

"Football-plus.az" xəbər verir ki, kapitan “Vest Hem”in İngiltərə premier-liqasını tərk etməsinə baxmayaraq, klubdan ayrılmamaq qərarına gəlib.
29 yaşlı cinah hücumçusu müqaviləsinə edilən dəyişikliklərlə razılaşıb. Yeni razılaşmada müqavilənin müddəti dəyişməyib və Bouen 2030-cu ilədək “Vest Hem”də qalacaq. Bununla yanaşı, müqaviləyə onun növbəti mövsümdə də komandada qalmasını nəzərdə tutan bənd əlavə edilib.
İngiltərə yığmasının üzvü ilə “Çelsi”, “Mançester Yunayted” və “Liverpul”un maraqlandığı bildirilirdi. Carrod ötən mövsüm “Vest Hem”in heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 11 qol vurub və 12 məhsuldar ötürmə verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью