Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Bruno Fernandeş klubuna tələb irəli sürüb.
"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in kapitanı gələcəyi ilə bağlı qərarını verib. “GOAL” nəşrinin yaydığı xəbərə görə, portuqaliyalı futbolçu klubda qalmağa hazırdı. Lakin o, yeni müqavilə üçün maliyyə şərtlərinin yaxşılaşdırılmasını tələb edib. Məlumata görə, yarımmüdafiəçi həftəlik maaşının 400 min funt sterlinqə çatdırılmasını istəyib.
Bruno MY-də 2020-ci ildən oynayır. O, cari mövsümdə meydana çıxdığı 22 oyunda 5 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.