Klubunda ən yaxşı bombardir oldu

10.04.2025

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqasının “Bavariya” ilə səfər oyunu Lautaro Martines üçün əlamətdar olub.
“İnter”in hücumçusu klubun bu turnirdəki yeni bombardiri olub. Argentinalı futbolçu 1/4 finalın ilk oyununda “Bavariya”ya qalib gəldikləri (2:1) matçda hesabı açıb. Martines bu qolla “İnter”in turnirdəki bombardiri Adrianonu geridə qoyub. Lautaronun 19, Adrianonun hesabında isə 18 qol var.
Qeyd edək ki, Martines bu mövsüm “İnter”in formasında ümumilikdə 41 oyuna 19 qol vurub və 6 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью