Klubunda hamını arxada qoydu

31.12.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Real”da dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Bu adı Kilian Mbappe qazanıb. 26 yaşlı hücumçu azarkeşlər arasında keçirilən səsvermədə Antonio Rüdiger, Cud Bellingem, Federiko Valverde və Rodriqo Qoesi qabaqlayıb. Mbappe dekabr ayında “Real”ın heyətində 6 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
Əlavə edək ki, o, İspaniya çempionatının cari mövsümündə 16 oyuna çıxıb, 10 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub. Mbappenin Çempionlar Liqasında meydana çıxdığı 6 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldığını da xatırladaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью