Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Adama Traore tezliklə klubunu dəyişəcək.
"Football-plus.az" xəbər verir ki, “Fulhem”in ispaniyalı yarımmüdafiəçisi karyerasını “Vest Hem”də davam etdirəcək. Məlumata görə, artıq həm futbolçu, həm də “Fulhem”lə razılıq əldə olunub və transferin rəsmiləşməsi sonuncu mərhələdədi.
Traore “Fulhem”dəki uğursuz mövsümün startından sonra yeni klubunda daha çox oyun praktikası qazanmağı hədəfləyir. O, cari mövsümdə meydana çıxdığı 20 matçda cəmi 580 dəqiqə şans qazanıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.