Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İskonun gələcək karyerası ilə bağlı məsələyə praktiki cəhətdən aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, “Betis” rəhbərliyi ulduz futbolçusu ilə müqaviləni yeniləmək niyyətindədi.
İspaniya klubu 33 yaşlı yarımmüdafiəçi ilə yolları ayırmağı planlaşdırmır. Yeni razılaşmaya əsasən, müddətin ən azı 2028-ci ilə qədər uzadılacağı və İskonun komanda yoldaşı Antoni ilə birlikdə klubun ən çox qazanan futbolçusu olacağı bildirilir. Hazırda onun bonuslar da daxil olmaqla mövsümə 7,8 milyon avro qazandığı qeyd olunur.
Qeyd edək ki, avqustda aldığı ağır zədədən sonra məşqlərə qayıdan futbolçunun beynəlxalq fasilə başa çatdıqdan sonra yaşıl meydana çıxması gözlənilir.