Kluyvert bu millinin baş məşqçisi olacaq

06.01.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın "Barselona" klubunun və Niderland millisinin keçmiş futbolçusu Patrik Kluyvert İndoneziya yığmasının baş məşqçisi olacaq.

Milli.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

48 yaşlı mütəxəssis "2+2 illik" müqavilə imzalayacaq və onun təqdimatı yanvarın 12-də baş tutacaq.

Qeyd edək ki, P.Kluyvertin son iş yer  Türkiyənin "Adana Dəmirspor" klubu olub. O, Adana təmsilçisini 2023/2024 mövsümündə çalışdırıb. /Report

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью