Klyuyvertin yeni iş yeri bilindi RƏSMİ | Icma.az
Icma.az bildirir, Fanat saytına əsaslanaraq. Əfsanəvi niderlandlı futbolçu Patrik Klyuyvert İndoneziya millisinin baş məşqçisi təyin olunub.
Fanat.Az xəbər verir ki, bu barədə İndoneziya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, niderlandlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Sonradan anlaşmanın 2027-ci ilə qədər uzadılma imkanı var.
Klyuyvertə Aleks Pastor və Denni Landzaat köməkçi məşqçi təyin olunub.
Bundan əlavə, iki yerli indoneziyalı mütəxəssis də məşqçi korpusunda yer alacaq.
48 yaşlı Patrik Klyuyvertin əvvəlki iş yeri Türkiyənin "Adana Dəmirspor" klubu olub.
Bundan əvvəl İndoneziya yığmasına cənubi koreyalı mütəxəssis Şin Tae Yonq rəhbərlik edirdi.
Mirağa Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu