Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsrailin kəşfiyyat xidməti olan Mossad Knesset seçkilərinə mümkün xarici müdaxilə hallarını araşdırmağa başlayıb.
“Bakupost” xəbər verir ki, İsrail mediasının məlumatına görə, agentlik "öz səlahiyyətləri daxilində məsələlər üzrə ünvanlı yardım göstərəcək".
Qərar Şin Bet (Shin Bet) təşkilatının sorğusundan sonra verilib.
Mossad kəşfiyyat xidməti xarici ölkələrin həqiqətən də bu işə qarışıb-qarışmadığını müəyyən etməyə kömək edəcək. İstintaqın seçicilərin saxtakarlığı və ya seçki prosedurlarının pozulması ilə bağlı olmadığı, əksinə ictimai rəyə təsir etmək üçün iddia edilən əməliyyatlarla bağlı olduğu vurğulanır.
Araşdırmaya səbəb isə Mərkəzi Seçki Komitəsinin sədri, hakim Noam Solberqin Şin Bet rəhbəri David Ziniyə məktubu olub. Solberq yazıb: "Seçki bütövlüyü demokratiyanın təməlidir".
O, iddiaların doğruluğunu qiymətləndirə bilmədiyini, lakin onların hərtərəfli araşdırılmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, 27 oktyabr parlament seçkilərinin nəticələrinə görə, baş nazir Benyamin Netanyahunun bloku 53 yer, Qadi Eisenkotun rəhbərlik etdiyi müxalifət bloku 48 yer və iki ərəb partiyası 19 yer qazanıb. 120 yerlik Knessetdə çoxluq üçün isə 61 yer tələb olunur.
Siyasi şərhçi Elçin Xalidbəyli “Bakupost”a bildirib ki, İsraildə seçkilərə kənardan müdaxilə o qədər də inandırıcı görünmür:
“Düzdür, məsələ ehtimal olaraq gündəmdə saxlanılır və araşdırılır. Ancaq real situasiya odur ki, İsraildəki seçkilərə xarici müdaxilə inandırıcı versiya deyil. Çünki seçkilərə uzun müddət idi ki, hazırlıq gedirdi və bu müddətdə müdaxilə ehtimalı olsaydı bu, bəyan edilər və əvvəlcədən nəzərə alınardı”.
Həmsöhbətimiz hesab edir ki, hakim partiya kənar müdaxilə versiyasını sadəcə olaraq, özünün seçkidəki uğursuzluğunu ört-basdır etmək üçün gündəmə atıb:
“Hakim partiya və Netanyahu seçkinin nəticələrindən narazıdır. Onlar əsas günahı da ərəb partiyalarının üzərinə atırlar. Hesab edirlər ki, seçkilərin düzgün keçirilməsi yolunda müəyyən problemlər olub və onu da guya ərəb partiyaları yaradıblar. Hakim partiya bununla xarici müdaxilə olmasaydı, daha çox səs alaraq, yenidən təkbaşına hökumət qurmaq imkan əldə edəcəklərini bildirmək istəyir. Ancaq bu baş vermədi. Ona görə də hakim partiya vəziyyətdən çıxmaq üçün müxtəlif variantlar axtarır ki, bu da həmin variantlardan biridir. Bununla əvvəlki uğurları təkrarlaya bilməmələrini ört-basdır etmək üçün, seçkilərə kənar müdaxilə bəhanəsini gündəmə gətirməklə, onu ön plana çıxarmağa çalışırlar”.
Ekspertin sözlərinə görə, nə Türkiyə, nə Rusiya, nə də hansısa bir bir ölkənin İsraildəki seçkilərə müdaxilə etmələri qətiyyən inandırıcı görünmür.
Rüfət Sultan,
BakuPost