Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Oktyabrın 27-də İsraildə keçirilən parlament seçkisinin ilkin nəticələri açıqlanıb. “Exit-poll”un hesablamasına görə, baş nazir Benyamin Netanyahunun Likud Partiyası 120 nəfərlik qanunverici orqanda cəmi 27 yer qazanıb. Hakim qüvvəyə bağlı Birləşmiş Tora Yəhudiliyi Partiyası 9, ŞAŞ Partiyası 7, Yəhudi Gücü Partiyası 6, Dini Sionist Partiyası 6 mandat əldə edib. Əsas müxalif qüvvə – Qadi Eyzenkotun Yaşar Partiyası 21 yerə sahib çıxır, Birlikdə ittifaqı 12, Demokratlar Partiyası 9, İsrail – Bizim Evimiz Partiyası 8 mandat götürür. Ərəblərin Birləşmiş Siyahı blokunun 11, RAAM Partiyasının 4 mandat aldığı bildirilir.
XQ