Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin qərbində yerləşən Ras-İsa limanına azı üç hava zərbəsi endirib.
Modern.az xəbər verir ki. bu barədə "Al Arabiya" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Hücum faktını husilərin nəzarətində olan SABA agentliyi də təsdiqləyib. Məlumata görə, zərbələr strateji əhəmiyyətli neft terminalına endirilib.
Husilər cavab olaraq Səudiyyə Ərəbistanının liman infrastrukturuna hücum edəcəkləri ilə hədələyiblər. Bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriə bəyanat verib.
Ras-İsa limanı husilərin nəzarətindəki ərazilərin yanacaqla təmin edilməsində mühüm rol oynayır. 2025-ci ildə liman ABŞ və İsrailin də hava zərbələrinə məruz qalıb.
Qeyd edək ki, Yəməndə husilərlə hökumət qüvvələri arasında silahlı qarşıdurma 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə 2015-ci ilin martında münaqişəyə müdaxilə edib.