Milli.az saytına istinadən Icma.az xəbər verir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci i
Şərtlər: - Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər; - Layihələr təh
Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 min manat həcmində nəzərdə tutulur.
Layihə sənədlərinin qəbulu: 15 aprel 2025-ci il, saat 09:00-dan - 14 may 2025-ci il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır).
Müsabiqənin keçirilmə vaxtı: 16 may 2025-ci il - 16 iyun 2025-ci il.
Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 15 aprel 2025-ci il saat 09:00-dan - 14 may 2025-ci il saat 18:00-dək elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, "Bakı KOB evi") müraciət edə bilərlər: Ərizə forması; Müsabiqəyə təqdim olunan layihə; Layihənin büdcəsinin maliyyə əsaslandırılması; KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri; Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.
(Qeyd: müvafiq sənədləri aşağıdakı linkdən yükləyə bilərsiniz: https://smb.gov.az/az/nav/qrant) Müsabiqənin nəticələri barədə məlumat 17 iyun 2025-ci il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
Əlavə məlumat üçün: (+994 12) 404 04 01, 131 Çağrı Mərkəzi. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.